Bakıda dünya şöhrətli fleytaçı çıxış edəcək
Belçikanın ölkəmizdəki səfirliyinin dəvəti ilə Bakıda tanınmış fleytaçı Kristian Plouviyer çıxış edəcəkdir. Musiqiçi iyulun 21-də Beynəlxalq Muğam Mərkəzində, iyulun 22-də Rüstəm Mustafayev adına İncəsənət Muzeyində "Buta" İncəsənət Mərkəzi ilə birgə xeyriyyə konsertində çıxış edəcəkdir. Konsertlərdə Azərbaycan muğamlarından parçalar səslənəcəkdir. Əldə edilmiş vəsait uşaq hüquqları üzrə "qaynar xətt" xidmətinin hesabına köçürüləcəkdir.