PDF Oxu

Mədəniyyət

  • 22

Azərbaycan-Macarıstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Macarıstan ədəbi əlaqələri genişlənir
Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Macarıstanda Azərbaycanla bağlı üç kitab nəşr edilib. Hər üç kitabın tərtibçisi və redaktoru Macarıstan - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayevadır. Bütünlüklə Qarabağa həsr olunan, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xeyir-duası ilə açılan "Kamançanın saflaşdırıcı naləsi" adlı kitaba xalq yazıçısı Anarın eyniadlı essesi, Həsən Həsənovun, Həsən Quliyevin, Viktor Tatarenkonun, Günel Anarqızının hekayə və məqalələri daxildir. Kitaba, işğal olunmuş torpaqlarımız göstərilməklə Azərbaycanın xəritəsi, Qarabağ tarixinə aid illüstrativ materiallar əlavə edilmişdir. "Bakı həyəti" adlı ikinci kitaba Çingiz Abdullayevin, Natiq Rəsulzadənin, Aliya Əlinin, Günel Anarqızının, Aytən Aqşinin, Marina Yanayevanın, Gülşən Lətifxanın, Aleksandr Hakimovun, Nigar Əfəndiyevanın, Eldar Əfəndiyevin, Nigar Həsənzadənin hekayə və şeirləri daxildir. "Ağac" adlanan üçüncü kitaba Günel Anarqızının eyniadlı hekayəsi, Səlim Babullaoğlunun, Rəşad Məcidin, İlqar Fəhminin, Yaşarın, Elçin Hüseynbəylinin, Nigar Rəfibəylinin, Rəsul Rzanın, Fikrət Sadıqın, Yusif Həsənbəyin, Fikrət Qocanın, Məmməd İsmayılın hekayə və şeirləri daxildir. Sevatlana Abdullayeva hər üç kitaba yazdığı ön sözdə Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən, müxtəlif illərdə Macarıstanda Azərbaycan yazıçılarının nəşr olunmuş kitablarından söz açır, ədəbiyyatımızın yeni nəsildən olan nümayəndələrini macar oxucularına təqdim edir.

Digər xəbərlər