"Qafqaz qartalının uçuşu" sənədli filminin çəkilişlərisona yetib
Azərbaycanın "Salnamə" və Sankt-Peteburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi tam hazırdır. Film İkinci Dünya müharibəsinin qəhrəmanlarından olan Hüseynbala Əliyevə həsr olunub. Filmin ssenari müəllifi Valentina Qurkalenkodur. Filmi Rusiyanın xalq artisti İvan Krasko və əməkdar artist Lüdmila İvanişenko səsləndirib. Çəkilişlər Sankt-Peterburq və Bakı şəhərlərində aparılıb, montajı və səsləndirmə işləri Sankt-Peteburqda həyata keçirilib. Filmin payız aylarında Sankt-Peterburq və Bakıda ilk nümayişinin keçirilməsi nəzərdə tutulur.