PDF Oxu

Mədəniyyət

  • 22

Ölkənin turizmlə bağlı ərazilərindəki otellərdə monitorinqlər keçirilir

Ölkənin turizmlə bağlı ərazilərindəki otellərdə monitorinqlər keçirilir
Hazırda yay mövsümü ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turizmlə bağlı ərazilərində fəaliyyət göstərən otellərdə monitorinqlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, monitorinqlər, əsasən, ölkənin yay mövsümündə turizm üçün əlverişli olan bölgələrində, xüsusilə də şimal bölgəsində aparılır. Yoxlamalar zamanı, əsasən, otellərin keyfiyyətinə, xidmətinə və qiymət məsələlərinə diqqət yetirilir. Monitorinqlərin yaxın həftə ərzində yekunlaşması gözlənilir. Dəqiq nəticələr barədə yekundan sonra məlumat veriləcək.

Digər xəbərlər