"İstanbul Fashion Week" keçiriləcək
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından (ASK) verilən məlumata görə, avqustun 24-dən 29-dək Türkiyənin İstanbul şəhərində "İstanbul Fashion Week" keçiriləcək. İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycanın da təmsil olunması gözlənilir.