PDF Oxu

Mədəniyyət

  • 20

Teatr müsabiqə elan edib

Teatr müsabiqə elan edib
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər 1 sentyabr 2010-cu il tarixinə kimi Musiqili Komediya Teatrında qəbul ediləcəkdir. Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayev bu barədə söhbətində bildirdi ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Ümid edirik ki, sentyabrda seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaqdır. Bununla yanaşı, Əliqismət Lalayev gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirdi. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcəkdir. Artıq teatr məzuniyyətdədir. Gələn mövsümdə yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün teatr kollektivi bütün qüvvəsindən istifadə edəcək.

Digər xəbərlər