Bu günlərdə xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb. Məşhur "Otüken" nəşriyyatı ədibin "Ədəbi düşüncələr" kitabını nəşr edib. Türk oxucuları "Ədəbi düşüncələr"lə ilk dəfə 2003-cü ildə tanış olublar. "DA yayıncılık" nəşriyyatında çapdan çıxmış həmin kitabı bir qrup universitet müəllimi türk dilinə çevirib. Yeni nəşrdə isə "Ədəbi düşüncələr"i Azad Ağaoğlu və Mehdi İsmayıloğlu tərcümə ediblər. Elçinin 456 kiçik essesini əhatə edən kitab elmi dəqiqliyi və şərhləri ilə seçilir. Türk oxucularının böyük marağına səbəb olmuş "Ədəbi düşüncələr" Elçinin "Ötüken" nəşriyyatında çapdan çıxmış doqquzuncu, ümumilikdə isə, Türkiyədə nəşr edilmiş on səkkizinci kitabıdır.