"British Counsil" təşkilatı iyulun 25-dən avqustun 5-dək Qəbələdə keçiriləcək Pianoçuların İkinci Beynəlxalq Festivalı çərçivəsində növbəti layihəsini təqdim edəcək. Cənub-Şərqi Avropa ölkələri üzrə reallaşdırılan yeni layihə Böyük Britaniya incəsənətinin ən yaxşı nümunələrini təqdim etmək məqsədi daşıyır. Britaniya Kral Filarmoniya Orkestri builki festivala fəxri qonaq qismində dəvət olunub. "British Counsil" ilə əməkdaşlıq çərçivəsində britaniyalı incəsənət ustaları Mərdəkandakı 2 nömrəli uşaq evinin bəstəkar Rafael Əzimovun rəhbərlik etdiyi orkestri üçün seminarlar keçirəcəklər.