PDF Oxu

Mədəniyyət

  • 19

Dövlət Ədəbiyyat və İncəsənət Arxivi zənginləşir

Dövlət Ədəbiyyat və İncəsənət Arxivi zənginləşir
Əlamətdar gün ərəfəsində arxivin fondu daha da zənginləşir. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yaxın zamanda Azərbaycanın tanınmış simalarının - xalq şairləri Nəbi Xəzri, Qabil, görkəmli dramaturq, ictimai xadim Nağı Nağıyevlə bağlı qiymətli materiallar daxil olub. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təkcə xalq şairi Qabilin 500-dən çox yeni əlyazması təqdim edilib. Bu sənədlər arasında şairin "Nəsimi" poemasının, ömrünün sonuna yaxın qələmə aldığı çoxsaylı şeirlərin əlyazmaları xüsusilə əhəmiyyətlidir. Bundan əlavə, görkəmli yazıçı Nağı Nağıyevin arxivə yeni daxil olmuş şəxsi fondu da maraq doğurur. Bu il anadan olmasının 100 illik yubileyi qeyd ediləcək yazıçının arxivdə saxlanılan əlyazmaları əsasında üçcildlik kitabı tərtib olunub. Kitablarda ədibin romanları, povestləri, hekayə, felyeton, miniatür yazıları, xatirələri və oçerkləri yer alıb.

Digər xəbərlər