PDF Oxu

Mədəniyyət

  • 10

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılaraq, həmin ilin 8 Mart Qadınlar Günü bayramı münasibəti ilə təşkil olunmuş konsertdə ulu öndər Heydər Əliyevin xeyir-duasını almışdır. Yarandığı gündən orkestr, bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. 2007-ci ilin may ayında Azərbaycanda, Belarus və Moldova respublikalarında keçirilən mədəniyyət və incəsənət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır. Orkestrdə beynəlxalq və respublika mükafatları laureatları Ələkbər Ələkbərov, Sahib Paşazadə, Çinarə Mütəllibova və bir çox istedadlı musiqiçilər fəaliyyət göstərir. Hal-hazırda bədii rəhbəri və baş dirijoru respublikanın əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayev olan orkestr qaynar yaradıcılıq dövrünü yaşayır. 2004 və 2005-ci illərdə İran İslam Respublikasının Tehran şəhərində keçirilən ənənəvi XX "Fəcr" Beynəlxalq Musiqi Festivallarında 2 dəfə ən yüksək "Qızıl Çəngi" mükafatına layiq görülmüşdür. 2005-ci ildə ABŞ-ın səsyazma şirkəti tərəfindən orkestrin ifası kompakt diskə köçürülüb.

Digər xəbərlər