“İmperator”tamaşasının son məşqləri gedir
Bakı Uşaq Teatrı 9-u mövsümünü başa vurmağa hazırlaşır. Bununla əlaqədar teatrda "İmperator" tamaşasının son məşqləri gedir. Kollektiv mövsümü həm də "Əhmədin yuxusu" tamaşası ilə bağlayacaq. Hazırda isə incəsənət ocağında böyüklər üçün səhnələşdirilən "İmperator" tamaşasının son məşqləri gedir.
Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti Vidadi Əliyevdir. Səhnə əsərinin musiqi tərtibatı Mahir İbrahim və Vüqar Camalzadəyə məxsusdur. Əsas rolları Mehman Dilqəmoğlu, Oqtay Quliyev, İlhamə Əhmədova, Könül Şahbazova və Cavanşir Məhərrəmov ifa edir. Qeyd edək ki, əsərin bu günümüzlə bağlılığı, onun təbii dili, müəllifin müasir dövrün əsas problemlərini olduğu kimi canlandırmaq səyləri aktyorların peşəkar oyununda da öz əksini tapıb. "İmperator" pyesi həm janr, həm də üslub xüsusiyyətləri ilə fərqlənir. Əsərdə müasir cəmiyyətin bədii dərki məsələləri ön mövqedə dayanır.