PDF Oxu

Mədəniyyət

  • 31

Azərbaycan kinosu ilə bağlı yeni sənədlər

Azərbaycan kinosu ilə bağlı yeni sənədlər
Dövlət Film Fonduna Rusiyanın Novokosinsk şəhərində yaşayan V.Qazilkovun şəxsi arxivindən Azərbaycan kinosu ilə bağlı sənədlər qəbul edilmişdir. Bu sənədlər arasında görkəmli kinorejissor Rasim Ocaqovun "Ad günü", "Tütək səsi", "Qatır Məmməd" filmlərindən bəhs edən resenziyalar da vardır. Dövlət Film Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin sözlərinə görə, həmin resenziyalar 1975, 1976 və 1978-ci illərdə "Sovet ekranı" jurnallarında dərc olunmuşdur. Bu məqalələrin müəllifləri görkəmli Rusiya kinoşünasları Stanislav Rassadi, Yelena Stişova, Tatyana Xvoplyankinadır. V.Qazilkovun şəxsi arxivindən daxil olan sənədlər arasında görkəmli kinoşünas V. Bajoviç və L.Zakırjevskayanın tanınmış kinorejissor Arif Babayevin "Uşaqlığın son gecəsi" və "İnsan məskən salır" filmlərinə aid resenziyaları da vardır. Həmin materiallar 1967-1968-ci illərdə "Sovetski ekran" jurnalında dərc olunmuşdur. Xalq artisti Şəfiqə Məmmədova haqqında 1978-ci ildə Zoya Muxinanın "Sovetski ekran" jurnalında dərc olunmuş məqaləsi də Dövlət Film Fonduna təqdim edilmişdir.

Digər xəbərlər