PDF Oxu

Mədəniyyət

  • 8

"Məhəbbət əfsanəsi" filminin təqdimatı keçirilib

"Məhəbbət əfsanəsi" filminin təqdimatı keçirilib
Maestro Niyazinin ev-muzeyində Dövlət Musiqi Mədəniyyəti Muzeyinin (DMMM) nəzdindəki Klassik Musiqi Həvəskarları Klubunun təşkilatçılığı ilə "Məhəbbət əfsanəsi" filminin təqdimatı keçirilib. Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi Alla Bayramova yaxın günlərdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyinin yaradılacağı haqqında məlumat vermişdir. Onun sözlərinə görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün yeni binanın da inşasına başlanıb. A.Bayramova gənc nəslin dünyagörüşünün inkişaf etdirilməsi üçün mədəniyyətimizin təbliğ edilməsinin böyük əhəmiyyətindən, muzeydə görüləcək tədbirlərdən danışmış və Azərbaycan bəstəkarları ilə yanaşı, Qərb bəstəkarlarının da geniş təbliğ olunacağını söyləyib.

Digər xəbərlər