PDF Oxu

Mədəniyyət

  • 8

"Arşın mal alan" bir səhnə tarixini də yaşadı

"Arşın mal alan" bir səhnə tarixini də yaşadı
Türkiyənin Qars şəhərindəki mədəniyyət sarayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası sənətsevərlərə təqdim olunmuşdur. Samsun Opera və Balet Teatrının səhnələşdirdiyi bu ölməz əsər qarslıların böyük marağına səbəb olmuşdur. Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığ haqqında tamaşaçılara məlumat verən teatrın müdiri Ərdoğan Şanal bildirmişdir ki, ötən il yaradılmış teatrın repertuarındakı 10 əsərdən ən maraqlısı "Arşın mal alan" Azərbaycan mədəniyyətinə daha yaxın olan Qars şəhərində səhnələşdirilmişdir. Bu əsər zəngin Azərbaycan xalq musiqisinin ecazkar gözəlliyini də əks etdirir. Tamaşanı Qars Valiliyi və Əmniyyət Müdirliyinin təmsilçiləri, ölkəmizin Qarsdakı diplomatik nümayəndəliyinin əməkdaşları izləmişlər.

Digər xəbərlər