Türkiyənin İzmir şəhərində poeziya festivalı keçiriləcək
İyulun 17 və 18-də Türkiyənin İzmir şəhərində poeziya festivalı keçiriləcək. Festivalda Hollandiyadan, Yunanıstandan, İrandan, Makedoniyadan, Qırğızıstandan, Belçikadan və başqa ölkələrdən yazıçılar və aktyorlar iştirak edəcək. Bu festivalda Azərbaycanı Dövlət "YUĞ" Teatrının rejissoru Rasim Aşın təmsil edəcək, və makedoniyalı şair Zeynəb Hüseynlə birlikdə poetik dram əsərində çıxış edəcəklər.