PDF Oxu

Mədəniyyət

  • 8

Rusiya şou-biznesinin və estradasının 12 "apostolu" sırasında Müslüm Maqomayevin də adı daxil olub

Rusiya şou-biznesinin və estradasının 12 "apostolu" sırasında Müslüm Maqomayevin də adı daxil olub
Rusiyalı rəssam Aleksandr Lavrov qeyri-adi instalyasiya yaradıb və onu "Pop mehrabı" adlandırıb. Bu instalyasiyaya Rusiya şou-biznesinin və estradasının 12 "apostolu" daxil olub: Alla Puqaçova, Müslüm Maqomayev, Vladimir Vısotski, Maya Kristalinskaya, Aleksandr Vertinski, "Pesnyari" qrupunun solisti Vladimir Mulyavin, İosif Kabzon, Leonid Utyosov, Klavdiya Şuljenko, Viktor Soy, Lyudmila Zıkina. Hər bir portretin altında belə yazılar öz əksini tapıb: "Volodya, sən əlasan", "Soy yaşayır, soy bizimlədir", "Mən səni sevirəm, Alloçka". Rəssamın sözlərinə görə, o, yaratdıqlarının üzərində bir aya yaxın işləyib. Bu müddət ərzində, o, internetdən həmin ulduzların 12 şəkilini seçib, onların ağ-qara rəsmlərini çəkib. Sonra isə printer vasitəsilə çap edib və şəhərin mərkəzində "Nijqorodun Arbatı" adlanan məkanda, soy tağı olan yerdən asıb.

Digər xəbərlər