Fərhad Bədəlbəyli Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək
SSRİ xalq artisti, tanınmış pianoçu, professor Fərhad Bədəlbəyli Böyük Britaniyanın möhtəşəm salonlarından birində konsert proqramı ilə çıxış edəcəkdir.
Səfərə hazırlaşan Fərhad Bədəlbəylinin konserti iyul ayının 15-də keçiriləcəkdir. Londonun "Cadogan Hall" salonunda təşkil olunacaq gecədə Sergey Raxmaninov, Bruç və Sen-Sans kimi bəstəkarların əsərləri səsləndiriləcəkdir. Konsert bir çox özəllikləri ilə də yadda qalacaqdır. Fərhad Bədəlbəylini səhnədə tanınmış dirijor Dmitri Yablonskinin rəhbərlik etdiyi Britaniya Kral Filarmoniya orkestri müşayiət edəcəkdir.