"Cəhənnəm kirayəçiləri" əsəri əsasında yeni tamaşa hazırlanır
Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində yazıçı - dramaturq Elçinin "Cəhənnəm kirayəçiləri" əsəri əsasında yeni tamaşa hazırlanır. Yaradıcı heyət rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşa üzərində məşqlər aparır. İki hissədən ibarət səhnə əsərinin bədii tərtibatçısı Valeh Məmmədovdur. Sənətsevərlər "Cəhənnəm kirayəçiləri"nə növbəti teatr mövsümündə tamaşa edə biləcəklər.
Tamaşada əsas rolları aktyorlar İqrar Salamov, Püstəxanım Zeynalova, Rauf Şahsuvarov və başqaları ifa edəcəklər.