Teatr 137-ci teatr mövsümünü "Xurşidbanu Natəvan" tamaşası ilə yekunlaşdıracaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 137-ci teatr mövsümünü görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin pyesi əsasında əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı "Xurşidbanu Natəvan" tamaşası ilə yekunlaşdıracaqdır. Teatrın mətbuat xidmətindən verilən məlumata əsasən, tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Sabir Məmmədov, Cəfər Namiq Kamal, Sadıq İbrahimov, Kazım Abdullayev, Mehriban Xanlarova, Əsgər Məmmədoğlu, Pərviz Bağırov, Firuz Xudaverdiyev, Kazım Həsənquliyev, Tofiq Hüseynov və digər aktyorlar canlandıracaqlar.
"Xurşidbanu Natəvan" tamaşası iyunun 28-də Musiqili Komediya Teatrında göstəriləcəkdir.