PDF Oxu

Mədəniyyət

  • 15

Musiqili Komediya Teatrı mövsümi bağlanışı ərəfəsində

Musiqili Komediya Teatrı mövsümi bağlanışı ərəfəsində
İyunun sonuna kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 3 tamaşa təşkil edəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın verdiyi məlumata görə, "O olmasın, bu olsun" tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşanın rejissoru, xalq artisti Cənnət Səlimovadır. Tamaşada baş rolları Ramiz Məmmədov, Arif Quliyev, Nərgiz Kərimova, Fərid Əliyev, Elçin Həmidov, Əzizağa Əzizov və başqaları canlandıracaqlar. İyunun 26-da bəstəkarı Ramiz Mirişli, müəllifi Manaf Haqverdiyev olan "Amerikalı kürəkən"nin tamaşası təqdim olunacaq. Tamaşanın rejissoru İlham Namiq Kamaldır. Rollarda İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, Xanım Qafarova, Ramil Qasımov və başqaları çıxış edəcəklər. İyunun 27-də Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasının rus versiyası səhnələşdiriləcək. Tamaşada baş rolları Baris Qrafkin, Svetlana Bulox, Yuliya Sidorova, Fərid Əliyev, Əliməmməd Novruzov və başqaları canlandıracaqlar.

Digər xəbərlər