PDF Oxu

Mədəniyyət

  • 14

Toğrul Nərimanbəyovun 80 illik yubileyi qeyd olunacaq

Toğrul Nərimanbəyovun 80 illik yubileyi qeyd olunacaq
Azərbaycan Prezidenti İlham Əliyev müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anadan olmasının 80 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Toğrul Nərimanbəyovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Toğrul Nərimanbəyov mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr verib. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı qısa müddətdə böyük şöhrət qazanıb. Onun əsərləri müxtəlif muzey və kolleksiyalarda nümayiş etdirilərək, gənc rəssamlar nəslinin formalaşmasına müsbət təsir göstərməkdədir.

Digər xəbərlər