PDF Oxu

Mədəniyyət

  • 22

Rus Dram Teatrının səhnəsində yeni tamaşa

Rus Dram Teatrının səhnəsində yeni tamaşa
Sergey Belovun "Mamulya" pyesi əsasında qoyulmuş "Salam, mən Sizin...qaynananızam!" tamaşası yeni mövsümdə Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. Nümayişi oktyabrın 1 və 2-də nəzərdə tutulan pyesin qəhrəmanı Nina artıq çoxdandır ki, hörmətli biznesmen Jenya ilə yaşayır və onun qanuni arvadı olmağı arzulayır. Nəhayət, Jenya razılaşır, amma bir şərtlə: o, gələcək qaynanası ilə tanış olmaq istəyir, necə deyərlər, alma alma bağından... Nina təşvişə düşür: onun sevimli anası artıq bir ildir ki, sürgündədir...Nə isə etmək lazımdır, bəlkə bu qəhrəmanımızın son şansıdır. Nina çıxış yolu tapır: o, bir təsadüfi tanışı - aktyordan (Vladimir Dolinski) gələcək qaynana rolunu oynamağını xahiş edir. Kimin ağlına gələrdi ki, Ninanın əsil anası (Natalya Xoroxorina) vaxtından qabaq azadlığa çıxacaq və aydın səmada ildırım kimi qızının qarşısına çıxacaq, hətta özüylə birlikdə ata - Vadim Andreevi də gətirəcək. Komediyada hadisələrin orijinal inkişafı, zarafatlar, musiqi nömrələrinə yer verilib. Tamaşanın rejissoru Pyotr Balışkovdur. Rolları Vladimir Dolinski (Rusiyanın əməkdar artisti), Anna Terexova (Rusiyanın əməkdar artisti), Natalya Xoroxorina (Rusiyanın əməkdar artisti), Vadim Andreyev ("Kadetlər" serialı), Yuliya Zaxarova ("Birlikdə xoşbəxtik" serialının ulduzu - qonşu Lena), Pyotr Belışkov ifa edirlər.

Digər xəbərlər