PDF Oxu

Mədəniyyət

  • 18

Festival 27 iyul tarixinədək davam edəcək.

Festival 27 iyul tarixinədək davam edəcək.
Vyanada görkəmli Avstriya şərqşünası Hammer-Purgştallın adını daşıyan Şərq Cəmiyyətində "Müasir Avropa, yoxsa geridə qalmış Asiya. Məhəmməd Əsəd bəyin əsərlərində Şərq və Qərb" mövzusunda tədbir təşkil edilmişdir. Məruzəçi Vyana Universitetinin dissertantı Yaqut Abdalla tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin (1905Ü1942) həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Məruzədə əsasən Əsəd bəyin ən çox maraq doğuran "Əli və Nino", "Körfəzli qız", eləcə də, hələ nəşr olunmamış "Eşqdən heç nə anlamayan kişi" əsərlərindən bəhs edilmişdir. Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əsəd bəyin əsərlərində toxunduğu mövzular - Şərq və Qərb, adət-ənənə və müasirlik, eşq və nifrət, din, qadın hüquqları və s. bu gün də aktual olduğundan məruzə dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır. Y.Abdalla məruzənin sonunda dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır. Cəmiyyətin rəhbərliyi böyük marağı nəzərə alaraq, Əsəd bəylə bağlı yeni tədbirlər təşkil etmək niyyətindədir.

Digər xəbərlər