PDF Oxu

Mədəniyyət

  • 14

2011-ci il MDB ölkələrində Tarixi-Mədəni İrs ili elan edilib

2011-ci il MDB ölkələrində Tarixi-Mədəni İrs ili elan edilib
Belarusun paytaxtı Minskdə MDB humanitar sahədə əməkdaşlıq orqanları rəhbərlərinin əlaqələndirmə müşavirəsi keçirilib. Müşavirədə MDB-nin humanitar sahədə əməkdaşlıq orqanlarının rəhbərləri, MDB iştirakçısı olan dövlətlər birliyin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərləri iştirak edib. Görüşdə tarixi-mədəni irs ilinin məzmununun müəyyən edilməsi məsələləri müzakirə olunub. Birlik ölkələrində elm və innovasiyalar ilinin tədbirlərinin həyata keçirilməsi, MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının 5-ci forumuna hazırlıq da müzakirə mövzusu olub. Eləcə də, MDB-də Tarixi-Mədəni İrs ilinin və 2012-ci il İdman və Sağlam Həyat Tərzi ilinin məzmununun müəyyən edilməsi məsələləri, MDB iştirakçısı olan dövlətlərin humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər planının hazırlanması məsələlərinə toxunulub.

Digər xəbərlər