PDF Oxu

Mədəniyyət

  • 22

"Azərbaycan - Odlar Yurdu" adlı mədəniyyət gecəsi keçiriləcək

"Azərbaycan - Odlar Yurdu" adlı mədəniyyət gecəsi keçiriləcək
İyunun 23-də Almaniyanın Leypsiq şəhərində "Azərbaycan - Odlar Yurdu" adlı mədəniyyət gecəsi keçiriləcəkdir. Tədbir Leypsiq Universiteti tərəfindən hər il təşkil edilən ənənəvi "Kosmopolit Leypsiq" 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində reallaşacaqdır. Almaniya nümayəndiliyi, ölkəmizin buradakı səfirliyi, Almaniyada Azərbaycanlıların Koordinasiya Mərkəzi və Leypsiq Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə 200 nəfərə yaxın əcnəbi qonaq dəvət olunmuşdur. Mədəniyyət gecəsinin rəsmi açılışı Azərbaycan haqqında filmin təqdimatı ilə başlayacaqdır. Gecənin daha rəngarəng və cəlbedici olması üçün "İRƏLİ" İctimai Birliyi Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verboku da tədbirə dəvət etmişdir. Cefri Verbok muğamın tarix və özəlliyi barədə danışdıqdan sonra milli musiqi alətlərimiz kaman, tar və udda muğamlarımızı səsləndirəcəkdir. Gecə milli musiqi və rəqslərimizlə davam edəcəkdir. Tədbirin sonunda qonaqlara Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi - mətbəximiz təqdim olunacaqdır.

Digər xəbərlər