PDF Oxu

Mədəniyyət

  • 11

"Kabusun gözüylə" filminin təqdimatı keçirilib

"Kabusun gözüylə" filminin təqdimatı keçirilib
Fransa paytaxtının mərkəzi XII rayonunun baş idarəsinin təntənəli mərasim salonunda Azərbaycan və Fransanın ilk birgə layihəsi olan "Kabusun gözüylə" filminin təqdimatı keçirilib. Böyük maraqla qarşılanan film Bakıdan gələn bir qrup yaradıcı heyət üzvləri tərəfindən təqdim edilib. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Görüş zamanı R.İbrahimbəyov filmin yaradılması haqqında məlumat verib. Filmdə iştirak edən Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev, eləcə də, baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" Teatrının bədii rəhbəri Rişar Marten film üzərində işləri barəsində danışıblar. Meriyada iştirakçılar üçün qəbul təşkil olunub. Paris ictimaiyyətinin yaradıcı ziyalılarının, diaspora nümayəndələrinin qatıldığı ziyafətdə film və mədəni əlaqələrin əhəmiyyəti haqqında çıxışlar edilib.

Digər xəbərlər