PDF Oxu

Mədəniyyət

  • 9

Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş konsert

Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş konsert
Bakı şəhərindəki Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin kollektivi Üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar Ağcabədi şəhərinə səfər etmişdir. Məktəbin müəllimləri dahi bəstəkarın adını daşıyan incəsənət məktəbinin kollektivi ilə görüşmüş, fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələrində ustad dərsləri, açıq dərslər keçmiş, məktəblərə klassik musiqi əsərlərindən ibarət tədris diskləri, albomlar təqdim etmiş, həmkarlarına metodiki tövsiyələr vermişlər. İkigünlük səfər müddətində qonaqlar Qarabağ Muğam Mərkəzində konsert proqramı ilə də çıxış etmişlər. Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Səid Rüstəmovun, Süleyman Ələsgərovun və digər bəstəkarların əsərləri səsləndirilmişdir. Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Yusif Vəliyev bildirmişdir ki, bu əməkdaşlıq və qarşılıqlı əlaqələr bundan sonra da davam etdiriləcəkdir.

Digər xəbərlər