PDF Oxu

Mədəniyyət

  • 12

Musa Ələkbərlinin 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Musa Ələkbərlinin 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
İyunun 18-də Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə şair Musa Ələkbərlinin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tədbirdə nazirliyin nümayəndələrinin, AYB rəhbərliyinin, eyni zamanda, tanınmış elm və mədəniyyət xadimlərindən xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, akademik Teymur Bünyadov, professorlar Nizami Cəfərov, Qəzənfər Paşayev, şairlər İlyas Tapdıq, Vasif Süleyman, Əlirza Xələfli və digər şəxslər iştirak edəcəklər. Tədbirdə tanınmış müğənni və aşıqların iştirakı ilə konsert proqramları, qiraətçilərin ifasında şairin şeirlərinin səslənməsi də nəzərdə tutulur.

Digər xəbərlər