PDF Oxu

Mədəniyyət

  • 20

Qəyyur Yunusun sayca onuncu fərdi sərgisi təqdim olundu

Qəyyur Yunusun sayca onuncu fərdi sərgisi təqdim olundu
Yenicə təmirdən çıxmış Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda əməkdar rəssam Qəyyur Yunusun sayca onuncu fərdi sərgisi açılıb. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qəyyur Yunusun bənzərsiz sənət dünyasından danışmış, rəssamı sərgi münasibətilə təbrik etmiş və yaradıcılıq uğurları arzulamışdır. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov sənətkarın qazandığı uğurlardan, yaradıcılıq məziyyətlərindən, özünəməxsus dəst-xəttindən, fəlsəfi düşüncələrindən danışıb, onun əməyini yüksək qiymətləndiriblər. "Humay" mükafatçısı, dəfələrlə Qazaxıstanda, İngiltərədə fərdi sərgisi keçirilən Q.Yunusun əsərləri dünyanın nüfuzlu muzey və qalereyalarında, eləcə də, şəxsi kolleksiyalarda saxlanılır. Müasir Azərbaycan rəngkarının özünəməxsus bədii konsepsiyası, varlığı dərketmə prinsipləri, təkrarsız üslubu, yüksək səviyyəli təsviri texnikası milli rəngkarlıq məktəbimizin inkişafına əsaslı yeniliklər gətirib. Q.Yunus tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Azərbaycanın və SSRİ-nin xalq rəssamı Toğrul Nərimanbəyov da sərginin açılış mərasimində iştirak edib.

Digər xəbərlər