"Sonuncu" adlı bədii filmin çəkilişləri yekunlaşıb
"Buta Film" kinoşirkətində "Sonuncu" adlı bədii filmin çəkilişləri yekunlaşıb. Sözügedən filmin ssenari müəllifi və rejissoru Teymur Daimidir. Filmin prodüseri Əli İsa Cabbarov, icraçı prodüseri Vidadi Rüstəmov, operatoru Teymur Daimi və Fərhad Babayevdir. Filmdə yazıçı Aleksandr Hakimov (baş rolda), Rəna Əhmədzadə, Basat Qorçu, Cabir Zeynalov, Fərizə Babayeva və başqaları çəkilib. Ekran əsərinin janrı məhşər günü rəvayətidir. Filmdə fantastik yazıçıdan bəhs olunur. Dünyanın sonu barədə yazdığı "Sonuncu"kitab-faciəsi ona böyük şöhrət gətirir. Yazıçı əsərdə yaratdığı dünyaya düşür, bir növ yaratdığı qəhrəmanın yerində olur. Evə qayıtmaq üçün (özünə dönmək üçün) yazıçı bütün yaradıcı adamların çətinliklə öhdəsindən gəldiyi məsələləri həll etməlidir. Hal-hazırda film montaj və tamamlama işləri mərhələsindədir. Filmin istehsalı bu ilin payızında yekunlaşacaq.