PDF Oxu

Mədəniyyət

  • 9

Milli Parkda 5D mini-kinoteatrı açılacaq

Milli Parkda 5D mini-kinoteatrı açılacaq
Milli Parkın ərazisində 5D mini-kinoteatrı açılacaq. Bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Onun sözlərinə görə, lazımi avadanlıqlar yaxın 2-3 ay ərzində Azərbaycana gətiriləcək. Məlumat üçün bildirək ki, 5D kinoteatrlarında oturacaqların yerləşdiyi platforma pərdədəki görüntüyə uyğun hərəkət edir. Filmdə bir avtomobildəsinizsə, sürət artdığı zaman bədəninizə külək üfürür. Səhnədə islaq məkan görünürsə, üzərinizə su sıçrayır. Bunlar filmlərə görə dəyişir. Məqsəd tamaşaçının özünü tamamən filmin içərisində hiss etməsinə nail olmaqdır. Bu yolla filmdəki olaylar tamaşaçıya görüntü və hiss olaraq yaşadılır. Hal-hazırda Milli Parkda 4D mini-kinoteatrı fəaliyyət göstərir.

Digər xəbərlər