PDF Oxu

Mədəniyyət

  • 19

"Qafqaz Xirosiması" filminin son tamamlanma işləri gedir

"Qafqaz Xirosiması" filminin son tamamlanma işləri gedir
"İnam" Plüralizm Mərkəzinin "Oscar production" studiyasında hazırladığı "Qafqaz Xirosiması" filminin son tamamlanma işləri gedir. Bakı Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata istinadən, ermənilərin yer üzündən sildiyi Ağdam şəhərinə həsr edilən film Azərbaycan, ingilis və rus dillərində hazırlanır. Ağdamın işğaldan əvvəlki və indiki görüntülərini əks etdirən 15 dəqiqəlik filmin süjeti Ağdamın indiki mənzərəsini Xirosimanın atom bombasından sonrakı halına bənzədən xarici jurnalist və diplomatların sitatları üzərində qurulub. Kadrlar Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, "İldırımlı yollarla" baleti, Bethovenin 5-ci simfoniyasından seçmə musiqi parçaları, Motsartın "Rekviyem", Kşiştof Pendereskinin "Xirosima şəhidləri üçün matəm mahnısı", "Qarabağ bülbülləri"nin ifasında "Bayatı Şiraz"la müşayiət olunur. Filmin müəllifi olan Vahid Qazi əlavə edib ki, "Qafqaz Xirosiması" kəlməsini ictimailəşdirməklə, beynəlxalq internet şəbəkələri və axtarış portallarında dünyaya yaymaqla Qarabağ probleminin əsil mahiyyətini daha sadə dillə dünyaya çatdırmaq istəyirlər. Film Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəşdirdiyi layihə çərçivəsində hazırlanır.

Digər xəbərlər