PDF Oxu

Mədəniyyət

  • 14

Uşaq incəsənət festivalı-2010

Uşaq incəsənət festivalı-2010
Dünən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə "Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan" devizi altında "Uşaq incəsənət festivalı-2010" xeyriyyə tədbiri keçirildi. Tədbirin keçirilməsində məqsəd respublikamızda fəaliyyət göstərən beynəlxalq icmalara məxsus yaradıcı uşaqlarla azərbaycanlı uşaqların birgə təcrübə və fikir mübadiləsi üçün şərait yaratmaq, uşaqlarda humanizm və vətənpərvərlik hissləri oyatmaq, onları xeyriyyə aksiyalarına cəlb etməkdir. "Xoşbəxtlik planeti" mövzusunda keçirilən sərgidə nümayiş etdirilən sənət nümunələrinin satışından əldə olunan vəsait kardiocərrahiyyə əməliyyatına ehtiyacı olan uşaqlara sərf ediləcəkdir.

Digər xəbərlər