PDF Oxu

Mədəniyyət

  • 17

Ümumrespublika kitab bayramına yekun vuruldu

Ümumrespublika kitab bayramına yekun vuruldu
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika miqyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, 2010-cu il "Ekologiya ili"nə həsr edilmiş kitab bayramı Zaqatala, Şamaxı, Qubadlı (Sumqayıt şəhərində), Laçın (Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi) rayonlarında davam etdirilib.
Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən kitab bayramında "Azərbaycanın dövlətçiliyi", "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev", "Azərbaycan mədəniyyəti", "Zəngin turizm potensialı" və s. adlı kitab və fotosərgilər nümayiş etdirilmiş, rayon mədəniyyət evinin rəqs kollektivlərinin çıxışları iştirakçıların marağına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar ekoloji marafon keçirilmişdir. Marafonda iştirakçılar "Ekologiya ili"lə əlaqədar maarifləndirmə işləri də aparmışlar.
Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayonda keçirilən kitab bayramında tədbir iştirakçıları əvvəlcə tarixi abidələri ziyarət etməklə və orada təmizlik işlərinin aparılması ilə başladılar.
Tədbir iştirakçıları yaşıllıq işləri aparmış və ekologiya ilinə öz töhfələrini vermişlər. Sonra kitab bayramı bədii hissə ilə davam etdirilmişdir. Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da iştirak etmişlər.
Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən kitab bayramında şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırıldı. Qubadlı rayonu, onun tarixi abidələri haqqında gənc və yeniyetmələrə geniş məlumat verildi. İşğal olunmuş torpaqlara qayıdacaq günün yaxında olduğuna inam çıxış edən natiqlərin hər birinin nitqində müşahidə olunurdu.
Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində də müvəqqəti yerləşən Laçın rayon MKS-nin təşkilatçılığı ilə kitab bayramı keçirilmişdi. Kitab bayramında Azərbaycan dövlətçiliyi, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti haqqında maraqlı sərgilər nümayiş etdirildi. Laçın rayonunun bütün ictimaiyyəti, ziyalılar, məktəblilər tədbirdə yaxından iştirak etdilər.
Təşkil olunmuş şeir və rəsm müsabiqəsi işğal altında olan torpaqlar, yurd həsrətinə və qələbəyə inama həsr olunmuşdu.

Digər xəbərlər