1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunacaq
İyunun 1-də İ.Əbilov adına Mədəniyyət Mərkəzinin akt zalında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadənin "Laləli düzən" adlı komediyası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Qeyd edək ki, tamaşada dünya klassiklərinin musiqilərindən istifadə olunub. Bu haqda məlumatı mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov verib.