PDF Oxu

Mədəniyyət

  • 12

"Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan"

"Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan"
Uşaqların beynəlxalq müdafiə günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi tərəfindən bu il xeyriyyə məqsədi ilə "Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan" şüarı altında "Uşaq İncəsənət Festivalı -2010" tədbiri keçiriləcək. "Xoşbəxtlik planeti" mövzusunda keçirilən sərgidə nümayiş etdiriləcək sənət nümunələrinin satışı və əldə olunan vəsaitin kardio- cərrahiyyə əməliyyatına ehtiyacı olan uşaqlara sərf olunması nəzərdə tutulur. Tədbirin keçirilməsində məqsəd respublikamızda fəaliyyət göstərən beynəlxalq icmalara məxsus yaradıcı uşaqlarla azərbaycanlı uşaqların birgə təcrübə və fikir mübadiləsi üçün şərait yaratmaq, uşaqlarda humanizm və vətənpərvərlik hisslərini oyatmaq, onları xeyriyyə aksiyalarına cəlb etməkdir. Tədbir iştirakçıları TİSA (Azərbaycan Beynəlxalq Məktəbi), Oxford Məktəbi, Bakı Britaniya Məktəbi, T.İsmayılov adına Uşaq yaradıcılıq studiyası, eləcə də, digər məktəb və dərnəklərdə təhsil alan istedadlı uşaqlar (4-17 yaş). Layihənin müəllifi Neftçilər Xəstəxanasının kardioloq-həkimi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin innovasiya şöbəsinin müdiri Əminə Məlikovadır.

Digər xəbərlər