PDF Oxu

Mədəniyyət

  • 10

"Qızıl qələm" mükafatı laureatı

"Qızıl qələm" mükafatı laureatı
Nüfuzlu ziyalı, 38 kitab müəllifi və çoxlu sayda publisist və elmi məqalələrin müəllifi Hacı Tofiq Seyidzadə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət heyəti tərəfindən "Qızıl qələm" mükafatına layiq görülüb. Uzun illər yazıçı-publist kimi fəaliyyətdə olan, yaradıcılıq axtarışların davam etdirən H.T.Seyidzadə "Şəhidlər Sədərək məktəbiinin məzunudur", "Sədərək alimləri və şam ömrü", "Sədərək sərhədi kömür basdırılan yerdən başlanır", "Alimlərimiz və fəxri ad alan ziyalılarımız", "Alimlər dünyanın çırağı və axirətin nurudur" kimi onlarla kitabları müəllifin bir tədqiqatçı kimi fəaliyyətinin əksidir. Yaradıcılıq, publisistik fəaliyyəti nəzərə alınaraq, bu günə qədər bir sıra mükafatlara "Əsrin ziyalısı", "Humanist diplom", Naxçıvan Muxtar Respublikasının Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və digər fəxri ad və mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin dissertantı olan Hacı Tofiqin "Sədərəyin iqtisadi-sosial mədəni həyatı V-XXI əsrlər" namizədlik işi müdafiəyə təqdim olunub. Onu da qeyd edək ki, "408 sədərəkli vətən uğrunda" kitabı da bu günlərdə çapdan çıxacaq.

Digər xəbərlər