"İstanbul reysi" adlı film təhvil verilib
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan tanınmış kinorejissor, xalq artisti Eldar Quliyevin "İstanbul reysi" adlı yeni filmi artıq təhvil verilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən məlumat verilib. Dəqiq vaxtı məlum olmasa da, mayın sonu və ya iyunun əvvəlində filmin təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifi Eldar Quliyev və Ramiz Fətəliyevdir. Baş rolu isə xalq artisti Yaşar Nuri ifa edib.