PDF Oxu

Mədəniyyət

  • 22

Kulturoloqların II Milli Forumu

Kulturoloqların II Milli Forumu
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk gündən etibarən mədəniyyət siyasətinin reallaşmasında elmin potensiallarına və elmi metodlara müraciəti, habelə, elmi qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasını vacib vəzifə kimi müəyyən etmişdir. Belə ki, mədəniyyət siyasətinin həyata keçirilməsində elmin potensiallarına müraciət olunma hallarının genişləndirilməsi və bu sahədə təşəbbüslərin dəstəklənməsi məsələləri nazirliyin qarşısında duran prioritet vəzifələrdəndir. Sözsüz ki, mədəniyyət siyasəti kontekstində ən böyük əhəmiyyətə malik olan elm kulturologiyadır. Tükənməz mədəni sərvətlərə, böyük tarixə, zəngin adət-ənənələrə və müstəqil dövlətə sahib olan xalqın inkişafında və onun özünəməxsusluğunun qorunub saxlanılmasında əvəzolunmaz əhəmiyyətə malik olan kulturologiya elminin inkişafı üçün lazımi şəraitin yaradılması olduqca önəmlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda mədəniyyətin təbliğini, təşviqini, qorunmasını və elmi tədqiqatların inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 3 iyun tarixində Muzey Mərkəzində "Kulturoloqların II Milli Forumu"nu keçirəcəkdir. Forumda respublikanın tanınmış alimləri ilə yanaşı, Belarus, Rusiya və Qazaxıstanın tanınmış alimləri də iştirak edəcəklər.

Digər xəbərlər