PDF Oxu

Mədəniyyət

  • 18

Dövrümüzün narahatlıq salnaməsi

Dövrümüzün narahatlıq salnaməsi
Zaman illərin arxada qoyduğu dövrü xalqın tarixinə həkk edir. Bu tarixdə onun yaradıcıları, qurucuları və inkişafına təkan verən simaların izləri qalır. Reallıqların əhatəsində insanlar öz keçmişi ilə tanış olmaq imkanını əldə edərək, müəyyən dövrlərdə fəaliyyətini, elmi təfəkkürünü xalqa həsr etmiş simaların keçdiyi yolu öyrənərək, onlar haqqında kifayət qədər məlumatlar əldə edə bilirlər. Azərbaycan tarixində də belə simaların sayı kifayət qədər olduğundan hər nəslin nümayəndəsi yazılı abidələr vasitəsilə onların keçdiyi yolu səhifələməyə nail olurlar.
Bu günlərdə çapdan çıxmış yazıçı, publisist Əlövsət Poladın lDövrümüzün narahatlıq salnaməsi" kitabı da məhz zamanın axarında ömür payını əridən insanların fəaliyyət dairəsini əks etdirən bir nümunədir. Bir sıra kitablara imza atan yazıçının lQalan yazılarım", lYazılarım qalır" kimi kitabların davamı olaraq, oxuculara təqdim olunan bu əsərləri publisistik düşüncələrin təəssüratlarının yoğrulmasından ərsəyə gəlmişdir. Kitablarının və həyatının epiloqu kimi qiymətləndirdiyi yeni nəşrdə Əlövsət Polad Azərbaycanın ictimai-siyasi, mədəni həyatında rol oynamış şəxslərin simalarını bir çərçivəyə gətirərək, onların bir varlıq olaraq zaman-zaman idrakı, siyasi mövqeyi, milli düşüncəsi, ideya mübarizəsi əsasında Azərbaycan bir məmləkət olaraq özünəməxsus bir inkişaf yolu keçdiyin göstərir. Təbii ki, müəllif reallıqlar əsasında bu çərçivəni yaratmış, tarixdə öz mövqeyinə görə iz salmış insanların Azərbaycan üçün gördüyü işləri bir faktlar əsasında təqdim etmişdir. Bu sırada müəllif Azərbaycan hakimiyyətində aparıcı qüvvə olan şəxsiyyətləri sıralama ilə təqdim edir. Belə ki, Nəriman Nərimanov, Vəli Axundov, kamran Bağırov və digər insanların dövrün axarındakı keçdiyi yol və Azərbaycanın bir dövlət kimi inkişafındakı mövqeyi diqqətə çəkilir. Azərbaycanın sovet və müstəqillik dövründəki memarı kimi tarixə iz salmış ulu öndər məhz bu qüvvələr sırasında ön sırada dayanır. Təbii ki, tanınmış şəxsiyyətlər müstəqilliyə doğru addım atmış və son nəticə olaraq Heydər Əliyev müdrik siyasəti və qətiyyətli addımları nəticəsində Azərbaycan özünün məqsədyönlü inkişaf yoluna qədəm qoymuşdur. Müəllif bu adlarını qeyd etdiyimiz simaların mövqeyində dövrümüzün salnaməsini yaradan insanları bir araya gətirməklə, bu kontekstdə Azərbaycanın tarixinin bir hissəsini xatırlatmağa nail olmuşdur. Əlövsət Polad narahatlıq içərisində qələmə aldığı düşüncələrində müasirləri olan insanların yaradıcılıq təxəyyülünün açılmasına, eləcə də, onların vətənə olan sevgisinin nəticəsində müstəqil Azərbaycanın inkişafı yolundakı məqamlara da toxunur. Kitabda diqqətçəkən məqamlardan biri də ötən əsrin 70-ci illərini əks etdirən ictmai-siyasi həyatın önə çəkilməsidir. Belə ki, ulu öndərin 1979-cu ildə Neftçala rayonuna səfəri bu səfərin təəssüratları, eləcə də fotonun yaddaşına köçmüş kadrların təqdimidir. Azərbaycanın bütün bölgələrinə mütəmadi olaraq səfər edən xalqın rifahı ilə tanış olan Heydər Əliyevin hər bir rayona üz tutaraq zəhmətkeşləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanması insanlarda həyata yaşamaq eşqinin yüksəlməsinə və bütövlükdə potensialını məşğul olduğu sənətə yönəltməsinə səbəb olmuşdur. Müəllif bu kadrları tarixləşdirən şəxs haqqında belə yazır. lO vaxtkı şəraitdə dövlət başçısının samballı şəkillərini çəkmək hər adamın işi deyildi Ü rəhbərə deməyəcəkdin ki, belə dur şəklini çəkim və belə şəkilləri artırıb yaymağa da hər adama icazə verilmirdi. Heydər Əliyevin o səfər zamanı çəkilən şəkillərinin dürüst alınmasının birinci baiskarı elə dövlət başçısının özü idi Ü jurnalistlərlə işləməyin də ustadı idi Heydər Əliyev. Bütün pozalarda şəkil çəkdirmək üçün hazır görünürdü". İndi 30 il bundan əvvəl çəkilən şəkillərin hər biri rayon diyarşünaslıq muzeyində qorunub saxlanıb. Ümummilli liderə həsr olunan kitabların səhifələrini bəzəyib. Kitabda maraq doğuran yazıların hər biri müəllifin özünün axtarışları nəticəsində ərsəyə gəlmiş, məşhur simaların Azərbaycanın bugünü, gələcəyi üçün iş görmüş, eləcə də keçmişini, tarixini yazmışların fəaliyyətindən bir oçerk, fraqmentdir. Əlövsət Polad yorulmaq bilmədən tarixin dolambac yollarından ruhən keçərək, belə simaları qələminin köməyi ilə oxucuların ixtiyarına vermişlər. Dövrümüzün salnaməsini yaradanlar sırasında keçmiş SSRİ-nin rəhbərləri, dünyanın görkəmli şəxsiyyətlərinin simaları da yer almışdır. Dünyaya boylanan müəllif iz qoymuş və Azərbaycan həyatında fəaliyyətləri ilə tanınan Vladirmir İliç Lenin, Mixail Qorbaçov, İosif Stalin, Adolf Hitler, Mustafa Kamal Atatürk, Süleyman Dəmirəl və digərlərinin fotolarının əksi bu dünyanın tarixi coğrafiyası, eləcə də Azərbaycanın coğrafi mövqeyinin tədqiqinə bir əsasdır. Əlövsət Polad Azərbaycanın coğrafi ərazisinin sərhədlərini məhz bu kitab vasitəsilə müəyyən qədər tanıtmağa və bu ərazinin daxilindəki hadisələrə, eləcə də yetişən simaların fəaliyyətinə nəzər salmağa müvəffəq olmuşdur.

Digər xəbərlər