Axundovun Tiflisdəki ev-muzeyi alınıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi M.F.Axundovun Tiflisdəki ev-muzeyini alıb. İki mərtəbəli binanın üçmərtəbəli edilməsi nəzərdə tutulub.
Yeni təmir edilmiş ev-muzeyində həm rəsm qalereyası olacaq, həm də burada xalq sənəti olan xalçaçılıq inkişaf etdiriləcək, dərnəklər açılacaq. Burada Azərbaycanın turizm mədəniyyətini təbliğ edən bir qurum da fəaliyyət göstərəcək. Eyni zamanda, həmin evin aşağı mərtəbəsində Azərbaycan milli xörəklərini təqdim edən bir restoranın açılması da nəzərdə tutulur. Hazırda daxili interyerin təmiri gedir.