PDF Oxu

Mədəniyyət

  • 21

"Arxeoloji turizm və muzeylər" mövzusunda seminar

"Arxeoloji turizm və muzeylər" mövzusunda seminar
Ağsu rayonunda "Arxeoloji turizm və muzeylər" mövzusunda seminar keçirilib. Əvvəlcə rayon məktəblərinin müəllim və şagirdləri orta əsr Ağsu şəhər yerində aparılmaqda olan arxeoloji qazıntılarla yaxından tanış olmuş və açıq dərslər keçirilmişdir. Sonra rayon Tarix-Diyarşünaslıq Muzeyində Ağsu arxeoloji ekspedisiyası üzvlərinin, Ağsu rayon icra hakimiyyəti nümayəndələrinin, rayonun muzey işçiləri və ziyalıların iştirakı ilə "Arxeoloji turizm və muzeylər" mövzusunda seminar keçirilmişdir. Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, Ağsu rayon icra hakimiyyəti başçısının müavini Akif Mirzəyev, İtaliyadan dəvət olunmuş bərpaçı-memar Luici Skrinzi, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Ağsu rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə rayon ərazisində aparılan son arxeoloji qazıntılardan, üzə çıxmış bina və emalatxanaların sonrakı taleyindən, onun bərpa və konservasiyasından, tədqiqindən, arxeoloji turizmin Azərbaycanda yayılması zərurətindən, Ağsunun turizm imkanlarından, muzeylərin arxeoloji turizmin inkişafında tutduğu yerindən danışıblar. Gün ərzində rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilmiş Ağsu arxeoloji ekspedisiyasının ən yeni arxeoloji tapıntılarından ibarət sərgi ilə tanış olublar.

Digər xəbərlər