"Cənnət" adlı sərgi açılacaq
Mayın 22-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "İncəsənət Bağı"nda məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət "Cənnət" adlı sərgi açılacaq. Bu barədə Qoruq İdarəsindən məlumat verilib. Sərgi iki həftə davam edəcək. Tədbirə dəstək "Art Group" və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən həyata keçirilir.
Sərginin açılışı zamanı müəllifin teatrlaşdırılmış monosəhnəciyini göstərməsi nəzərdə tutulub. G.Kato Türkiyə və Yaponiyada təhsil alıb, 1983-cü ildən başlayaraq, özünün Tokiodakı şəxsi məktəbində türk miniatürünə dair mühazirələr oxuyub, eyni zamanda, 12 il ərzində islam keramikası sənətinin mütəxəssisi Takuo Katonun emalatxanasında çalışıb.