PDF Oxu

Mədəniyyət

  • 13

Beynəlxalq Antik İncəsənət Festivalı

Beynəlxalq Antik İncəsənət Festivalı
İyunun 4-dən 9-dək Krım Muxtar Respublikasının Simferopol şəhərində "Bosporskie oqni" adlı Beynəlxalq Antik İncəsənət Festivalı keçiriləcək. Festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Bu barədə teatrdan məlumat verilib. Festivalda 30-dan artıq tanınmış dünya teatr truppalarının iştirak edəcəyi gözlənilir. Festivalda Gənc Tamaşaçılar Teatrı məşhur Brazilya dramaturqu Gilyermo Fiqeyredonun "Ezop" pyesi əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edəcək. Kollektiv 11 nəfərlik heyətlə iyunun 4-də Simferopola yola düşəcək.

Digər xəbərlər