Gənc pianoçu Qran-priyə layiq görülüb
Azərbaycanı Palma de Mayorkda (İspaniya) keçirilən 17-ci Beynəlxalq Musiqi Müsabiqəsində təmsil edən Minira Nəcəfzadə müsabiqənin ən yüksək mükafatına - Qran-priyə layiq görülüb.
Qeyd edək ki, Minira Nəcəfzadə Respublika İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdidir. Həmyerlimizin dünya klassik musiqi əsərlərini təsirli şəkildə ifa etməsi professional münsiflər heyətinin diqqətini cəlb edib. Gənc pianoçu bir çox beynəlxalq müsabiqələrin iştirakçısı olub və mükafatlara layiq görülüb