PDF Oxu

Mədəniyyət

  • 12

Sürrealizm bu gün

Sürrealizm bu gün
Mayın 20-də Portuqaliyanın Koimbra şəhərində "Bissaya Barreto" Fondunun təşkilatçılığı ilə "Sürrealizm bu gün" adlı sərgi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən dünyanın 31 ölkəsindən 56 rəssamın qatılacağı beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi təmsil edəcək. Sərgidə rəssamın "Muğam" əsəri nümayiş olunacaq. İki il əvvəl fəaliyyətə başlayan, bu il "56 rəssam, 56 əsər, 31 ölkə" devizi ilə keçirilən sərgidə sürrealizm sahəsində xüsusi nailiyyət qazanmış sənətkarlar iştirak edirlər. Fondun muzey evində açılacaq sərgi iyunun 30-dək davam edəcək. Qeyd edək ki, tanınmış sürrealist rəssam Mehriban Əfəndinin Avstraliyada və Amerikada fərdi sərgisi təşkil olunub. O, Hollandiyada beynəlxalq sərgidə iştirak edib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilişə hazırlıq şöbəsinin rəisi işləyən Mehriban Əfəndi bir çox filmlərin rəssamı kimi tanınır.

Digər xəbərlər