PDF Oxu

Mədəniyyət

  • 18

"Dəli Kür" romanının müzakirəsi keçirilib

"Dəli Kür" romanının müzakirəsi keçirilib
Azərbaycan Dillər Universitetində ingilis dili fakültəsinin açıq dərsində məşhur Azərbaycan yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" romanının müzakirəsi keçirildi. Yazıçının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın, fakültənin dekanı, professor Əfqan Abdullayevin və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyevanın, ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın iştirak etdiyi açıq dərsdə Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımova çağdaş Azərbaycan ədəbiyyatının müxtəlif nümunələrini vaxtaşırı təhlil etdiklərini, budəfəki dərsdə isə "Dəli Kür" romanına müraciət etdiklərini bildirdi. Əvvəlcə tələbələr İsmayıl Şıxlının həyat və yaradıcılığından danışdılar. Müzakirəsinə başladıqları roman haqqında məlumat verdikdən sonra, əsərin təhlili başladı. Açıq dərsdə iştirak edən Elçin Şıxlı əvvəlcə ADU-nun məzunu olduğunu və burada olarkən, gəncliyini xatırladığını bildirdi. Sonra roman haqqında öz fikirlərini bölüşdü. Onun dediklərinə görə, romanın və onun əsasında çəkilən filmin başı üzərində buludlar əskik olmayıb. E. Şıxlı müxtəlif tənqidçilərin hədəfinə tuş gələn romanda hər bir obrazın real həyatda yaşadıqlarını söylədi. O, ayrı-ayrı fakültələrdə ədəbi əsərlərin müzakirəsinə ehtiyac olduğunu bildirdi. Açıq dərs E. Şıxlının tələbələrin suallarını cavablandırması ilə davam etdi.

Digər xəbərlər