"Azərbaycan Dövlət İncəsənət Muzeyi" adlı albomun təqdimatı keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni işıq üzü görən "Azərbaycan Dövlət İncəsənət Muzeyi" adlı albomunun mayın 19-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təqdimatı keçiriləcək. "Azərbaycan Dövlət İncəsənət Muzeyi" adlı albomunun nəşri muzeyin həyatında mühüm bir hadisədir. Kitabda rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ tətbiqi incəsənət nümunələri haqqında məlumat və fotoşəkillər öz əksini tapmışdır. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tərtibat işi isə professor Çingiz Fərzəliyevə məxsusdur.
Ölkəmizin görkəmli elm və sənət xadimlərinin iştirak edəcəyi bu təqdimat muzeyinin konfrans zalında keçiriləcək.