PDF Oxu

Mədəniyyət

  • 25

"İncəsənət tariximizin pillələri" adlı tematik sərgi keçiriləcək

"İncəsənət tariximizin pillələri" adlı tematik sərgi keçiriləcək
XX əsr Azərbaycan incəsənət tarixi bir neçə mərhələ ilə müəyyənləşir. Ötən əsrin əvvəllərindən 1940-cı ilə qədərki dövrdə Azərbaycan təsviri sənətində əsaslı dəyişikliklər baş vermiş, yeniliklər meydana gəlmişdir. Bu dövrdə Bakıda Rəssamlıq Məktəbi yaranmış, həmin məktəbin yetirmələri olan bir çox Azərbaycan rəssamları keçmiş SSRİ-nin nüfuzlu ali rəssamlıq məktəblərini müvəffəqiyyətlə bitirərək vətənə qayıtmış və incəsənət xəzinəmizə töhfələr vermişlər. 40-cı illərə qədər yaradılmış incəsənət əsərləri xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirir. İncəsənət tariximizdə önəmli səhifə olan müharibəyə qədərki dövrdə yaradılmış əsərlərin tamaşaçılara, xüsusən də, gənclərə təqdim olunması və tanınmış rəssamlarımızın yaradıcılığının təbliği məqsədi ilə may ayının 19-dan 24-dək Muzey Mərkəzində "İncəsənət tariximizin pillələri" adlı tematik sərgi keçiriləcəkdir. Sərgidə Bəhruz Kəngərli, Əzim Əzimzadə, Əlibəy Hüseynzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Salam Salamzadə, Reyhan Topçubaşova, Lətif Feyzullayev, Sadıq Şərifzadə, Böyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Yelizaveta Tripolskaya, Rəhim Quliyev və başqa tanınmış fırça və tişə ustalarının rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcəkdir.

Digər xəbərlər