Umm əl-Fəhm İncəsənət Qalereyasında ənənəvi sərgi keçirilir
İsraildəki Umm əl-Fəhm İncəsənət Qalereyasında hər il dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış rəssamların əsərlərindən ibarət ənənəvi sərgi keçirilir. 2010-cu ilin may ayında keçirilməsi nəzərdə tutulan növbəti sərgidə iştirak üçün ilk dəfə Azərbaycan rəssamları Mir Teymur Məmmədov, Nailə Sultanova və Möhsün Qasımlı İsrailə dəvət olunmuşlar. Azərbaycan təsviri sənət nümunələrinin dünyanın tanınmış qalereyalarından biri olan Umm əl-Fəhm Qalereyasında nümayişi, milli incəsənətimizin təbliği məqsədi ilə Azərbaycan rəssamları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2010-cu il may ayının 14-dən 23-dək İsrailin Təl-Əviv şəhərinə yola düşmüşlər.